“Futbolçular bəzi şeyləri fikirləşməlidi”

5.04.2024 22:59 179
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 29-cu turunda “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib - 1:2.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Azər Bağırovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“İlk hissədə normal futbol oynadıq. Çoxlu qol epizodları yaratdıq. İkinci hissədə qapımıza iki zərbə var və məğlub olduq. Həqiqətən üzücüdür. Futbolçular bəzi şeyləri fikirləşməlidi”.


- Nələri fikirləşməlidi?
- Çox bəsit qollar buraxırıq. Qapıya iki zərbə var, ikisi də qoldu. Futbolçular dediyimiz şeyləri meydanda icra etmirlər. Əsasən də müdafiə xəttində.