Anxel Di Mariyanın yeni mövsümə harda başlayacağı məlum olub.
“Benfika” rəhbərliyi yarımmüdafiəçi ilə bağlı qərarını verib. Portuqaliya klubu 36 yaşlı futbolçu ilə müqaviləni yeniləyəcək. İnsayder Nikolo Skiranın verdiyi məlumata görə, argentinalı oyunçu ilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalanacaq. Dünya çempionunun hazırkı sözləşməsi bu yay qüvvədən düşəcək.
Anxel bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.