Klubu gürcü futbolçunu qorumağa çalışır

21.11.2023 23:14 222
Dünya futbolu
“Napoli” Xviça Kvaratsxeliyanı qorumağa çalışır.

“Football-plus.az” xəbər verir ki, İtaliya klubu hücumameyilli yarımmüdafiəçisi ilə müqaviləni yeniləməyə hazırlaşır. İnsayder Nikolo Skiranın məlumatına görə, rəhbərlik 22 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin yayına qədər olan müqaviləni birilliyə yeniləyəcək. Yeni anlaşmaya əsasən, Kvaratsxeliyanın illik maaşının 4 milyon avroya qədər artırılması gözlənilir.

Xviça bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 15 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı gürcü futbolçunu 85 milyon avro qiymətləndirir.