• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cokoviç “Masters”dəki fiaskodan sonra məşqçisi ilə vidalaşdı

İdman

2-04-2024, 18:0

Əfsanəvi Novak Cokoviç Mayamidə keçirilən “Masters” seriyalı turniri buraxsa da, yenə də tennis ictimaiyyətinin diqqət mərkəzindədi.

“Football-plus.az” xəbər verir ki, iş ondadı ki, 36 yaşlı serb xorvat martın 26-da məşqçisi Qoran İvanişeviçlə əməkdaşlığa son qoymasıyla bağlı sensasiyalı açıqlama verib. Yeri gəlmişkən, ayrılıq təşəbbüsünün “Böyük dəbilqə” turnirlərinin 24 qat qalibindən yox, İvanişeviçdən gəldiyi də istisna olunmur.

Təşəbbüskar kim olub?
Cokoviç sosial şəbəkə səhifəsində bunları yazıb: “Qorana komandamın bir hissəsi olmağı təklif etdiyim an yadımdadı. Bu, 2018-ci ildə olub, Maryan Vayda ilə birgə duetimiz üçün yeni nəsə axtarırdıq. Qoranla iş bizə təkcə zərbə texnikasını yaxşılaşdırmağa yardım etmədi, çoxlu sevinc, gülüş, reytinqdə 1-ci yer, rekordlar, “Böyük dəbilqə” turnirlərində 12 final, 9 qələbə gətirdi. Qoranla mən bir neçə gün əvvəl əməkdaşlığı dayandırmağa qərar verdik. Kortda eniş-yoxuşlarımız olsa da, dostluğumuz həmişə möhkəm olub. Qürur hissi ilə deyə bilərəm ki, turnirlərdə birgə qələbə qazanmaqla yanaşı, illər ərzində paralel şəkildə paçisi (qədim hind stolüstü oyunu – red.) oynamışıq. Və bu yarış bizim üçün heç vaxt bitməyəcək. Hər şeyə görə sağ ol, dostum, səni sevirəm”.

Cokoviçlə İvanişeviç arasındakı əməkdaşlığın bitməsi çoxlarını təəccübləndirib. Kənardan görünən mənzərə belə idi ki, Novakla Qoran, obrazlı şəkildə desək, eyni dalğadadı – xorvat vaxtilə top səviyyəli oyunçu, dünyanın 2-ci raketkası, “Uimbldon”un qalibi olub. Ancaq ən əsas məqam da budu ki, onların publika önündəki ünsiyyəti çox təbii xarakter daşıyırdı. Onu da unutmayaq ki, əməkdaşlıq dönəmi yetərincə uğurlu idi, xüsusən də Vayda komandadan gedəndən sonra İvanişeviç faktiki Cokoviçin əsas məşqçisi idi.
Novak 2023-də “Böyük dəbilqə” seriyalı üç turnir, ATP-nin Turində keçirilən illik Yekun turnirini qazandı, mövsümün sonuclarına görə dünyanın 1-ci raketkası oldu. Ancaq kurir.rs portalının xəbərinə görə, məhz Turindəki zəfərdən sonra Cokoviçlə İvanişeviç ilk dəfə mümkün ayrılıqla bağlı düşünüb. Serb “Australian Open”in yarımfinalında italiyalı Yannik Sinnerə uduzandan sonra vəziyyət bir qədər də mürəkkəbləşib. Novak İndian-Uellsdə keçirilən “Masters” seriyalı turnirin 3-cü dövrəsində reytinqdə ilk “100-lüy”ə daxil olmayan italiyalı Luka Nardiyə uduzandan sonra isə ayrılığın qaçılmaz olduğu bilinib.

Federerin izi ilə?
Aydın məsələdi ki, ayrılığın əsas səbəi pul deyil. Hərçənd “24 cata” portalı İvanişeviçin yetərincə yüksək qazancını da vurğulayır – xorvatiyalı mütəxəssis bu əməkdaşlıq dövründə həftədə 6-10 min dollar arası maaş, üstəlik Novakın “Böyük dəbilqə” turnirlərində qazandığı mükafat fondundan 10 faiz alırmış. Yəni xorvatiyalı mütəxəssis 2023-cü il ərzində yarım milyon dollar qazanıb ki, bu da tennis məşqçiləri üçün çox böyük məbləğdi.

Eyni zamanda, Cokoviçlə iş (Qoran müqaviləyə əsasən hər il 25-30 həftə ərzində tennisçi ilə turnirlərə yollanmalıydı) mütəxəssisi yorub. İvanişeviç Novakın “Rolan Qarros”da ötənilki qələbəsindən sonra belə demişdi: “Belə deyək: Novak sadə adam deyil. Xüsusən də işlər yolunda getməyəndə. O, özünü gərginlikdə saxlayır, stressin səviyyəsi həmişə yüksəkdi. Və bu səviyyə heç vaxt aşağı düşmür. Əvəzində hər gün nəsə öyrənirsən”.
Təbii ki, maksimalist Novak təkcə özünə yox, məşqçisinə münasibətdə də tələbkardı. Qələbə seriyaları bir tərəfə, uğursuzluq başlayanda vəziyyət dəyir. Unutmayaq ki, serbin artıq 36 yaşı var, Karlos Alkaras və Yannik Sinner kimi əsas rəqibləri isə onunla müqayisədə çox gəndi. Belə vəziyyətdə zirvədə qalmaq asan deyil. Və bu məqam, heç şübhəsiz, tennisçiyə və komandasına təzyiq göstərir.
Cokoviç 2024-cü ilin ilk üç ayı ərzində heç bir turniri qazanmayıb. Kiçik zədələr onu incidir. Bununla belə, Novakın top səviyyədə çıxışını davam etdirmək üçün motivasiya tapması da get-gedə çətinləşir. Bunsuz isə serbin dünyanın bir nömrəli raketkası kimi qalması, “Böyük dəbilqə” turnirlərini qazanması çətin olacaq.

Digər tərəfdən, bəlkə də İvanişeviçlə indiki ayrılıq Novaka müsbət təsir göstərə - ruhlandıra, rahatlıq zonasından çıxara, bütün dövrlərin və xalqların ən yaxşı tennisçisi olduğunu bir daha bütün dünyaya sübut etməyə sövq edə bilər. Deyilənə görə, Novak yaxın gələcəkdə yeni məşqçi ilə anlaşmaq fikrində deyil – hələ ki müstəqil şəkildə məşq edəcək. Belə təcrübəli usta üçün heç də qəribəlik deyil. Vaxtilə əfsanəvi isveçrəli Rocer Federer də bir müddət məşqçisiz oynayıb.

Paylaş:
Digər xəbərlər

İdman

7-11-2023, 17:0

Cokoviç tarix yazmaqda davam edir

İdman

6-07-2023, 10:0

Cokoviç 350-yə çatdı

İdman

12-07-2023, 22:0

Cokoviç 46-cı dəfə “Böyük dəbilqə”nin yarımfinalında!

İdman

20-03-2024, 17:0

“Kumirim Nadaldı, ancaq Federer kimi oynamaq istəyirəm”

İdman

26-07-2023, 22:0

Cokoviç Toronto turnirindən çəkildi

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
Daha çox
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 160
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə