Atası Holanna yol açır: “Real”, yoxsa “Barsa”?

30.03.2024 14:10 193
Dünya futbolu
“Mançester Siti”nin hücumçusu Erlinq Holannın atası Alf-İnqe Holann ulduzun İspaniya liqasına mümkün transferi üzərində çalışır.

“Football-plus.az” “sport.es” saytına istinadla xəbər verir ki, 23 yaşlı norveçlinin atası “Real”la “Barselona”dan birini seçəcək. Xəbərdə o da qeyd olunur ki, Alf-İnqe ilə Madrid klubunun rəhbərliyi arasında qarşılıqlı etimad mühiti var, ancaq ata Holann Kataloniya klubunun təmsilçiləri ilə də əlaqə saxlayır.

Holann 2022-ci ilin yayından “Mançester Siti”nin formasını geyir. O, cari mövsümdə bütün turnirlərdə 34 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə verib. Erlinqin “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.