Holann iki idən sonra harda oynayacaq?

14.09.2023 23:10 244
Dünya futbolu
Erlinq Holann “Barselona”nın hədəfinə düşüb.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu “Mançester Siti”nin hücumçusunu transfer etməyi planlaşdırır. “90min.com” portalının məlumatına görə, “Barselona” rəhbərliyi transferi 2025-ci ildə reallaşdırmağı düşünür. İki ildən sonra 23 yaşlı hücumçunun transfer dəyəri 150 milyon avro olacaq.
Yeri gəlmişkən, Erlinq MS-yə 2022-ci ilin yayında “Borussiya”dan (Dortmund) keçib. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı Holannı 180 milyon avro dəyərində qiymətləndirir.

Xatırladaq ki, o, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 53 oyunda 52 qol vurub və 9 məhsuldar ötürmə edib. Erlinqin İngiltərə çempionatında ən yaxşı bombardir (36 qol) olub və mövsümün ən yaxşı oyunçusu seçilib.