Holann Mançesteri Madridə dəyişəcək?

25.11.2023 19:53 210
Dünya futbolu
Erlinq Holannın “Mançester Siti”dən “Real”a mümkün transferi ilə bağlı xəbərlər yayılıb.

Rafaela Pimenta agenti olduğu hücumçunun gələcəyi haqda şayiələrə reaksiya verib. O, “AS” qəzetinə açıqlamasında belə deyib:

“Holann “Real”la müqavilə imzalayacaq? Bu barədə Madrid klubundan soruşmalısınız”.

23 yaşlı oyunçunun MS ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdi. Norveçli futbolçunun müqavilədə göstərilən satış qiyməti 250 milyon avrodu.