• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

HK ilə hakimlər arasındakı toplantı ictimaiyyətə sızdırıldı

Dünya futbolu

29-03-2024, 23:0

Dünyanın ən qalmaqallı milli çempionatlarından biri olan Türkiyə superliqası növbəti qalmaqalla çalxalanır.

"Football-plus.az" xəbər verir ki, bu turnirdə hər turdan sonra Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi, Hakimlər Komitəsinin (HK) sədri Ahmet İbanoğlu, HK-nın baş məsləhətçisi Hyu Dallas, VAR-ın baş məsləhətçisi Pavel Xil, eləcə də baş hakim və VAR hakimlərinin iştirakı ilə onlayn toplantı keçirilir. İctimaiyyətə qapalı baş tutan həmin toplantıda səhvlər müzakirə olunur. İndiyə qədər bu toplantılardakı müzakirələr heç vaxt ictimaiyyətə açıqlanmamışdı. Amma...

“Bəsit bir təmas var, penalti olduğunu düşünmürəm”
Martın 25-i səhər saatlarında “iks”də (“tvitter”də) yer alan “Lake of tears” səhifəsindəki paylaşım aydın səmada şimşək effekti verdi. Bu səhifənin kim tərəfindən idarə olunduğu bilinməsə də, əvvəlki paylaşımlara əsasən həmin şəxsin “Fənərbaxça” azarkeşi olduğunu iddia etmək olar. “1 mart hakim toplantısı” adlı 12 dəqiqəlik paylaşımda məhz martın 1-də, 27-ci turun yekunlarına dair keçirilən onlayn toplantının bir hissəsi izləyicilərə təqdim olundu. Bu, toplantının “Qalatasaray” – “Antalyaspor” oyununa həsr olunmuş hissəsidi. Fevralın 26-da keçirilən həmin oyunda İstanbul nəhəngi 2:1 hesabı ilə üstün olmuşdu. O qarşılaşmanın 11-ci dəqiqəsində Van De Strekin Teteyə qarşı (olmayan) kobudluğundan sonra “Cim-Bom”un xeyrinə verilən və Kərəm Aktürkoğlunun qola çevirdiyi penalti söz-söhbətə səbəb olmuşdu. “Lake of tears” səhifəsinin paylaşımında görünür ki, toplantıda HK rəhbərliyi həmin oyunun baş hakimi Abdulkadir Bitigen və VAR hakimi Özgür Yankayanı sözün əsl mənasında yıxıb-sürüyür! Bitigen əvvəlcə oyunu davam etdirsə də, Yankayanın məsləhəti ilə epizodu VAR-dan izləməyə yollanmışdı. Dallas əvvəlcə buna görə Bitigenə iradını bildirir. Bitigen təmas anını görə bilmədiyi üçün epizodu izləməyə getdiyini vurğulayır. Daha sonra isə hücum oyunçusunun topa birinci toxunduğunu, yavaşıdılmış kadrda mavi formalı oyunçunun da ayağı ilə ona təmas etdiyini bildirir. Toplantıda Hyu Dallasla Abdulkadir Bitigen arasındakı dialoq bu şəkildə irəliləyir.

- H.D.: Bir həftə keçib və bunun hələ də penalti olduğunu düşünürsənmi?
- A.B.: Çox bəsit bir təmas olduğunu düşünürəm.

- H.D.: Bunun penalti olduğunu düşünürsənmi? Onda belə soruşaq.
- A.B.: Bəsit bir təmas var. Penalti olduğunu düşünmürəm.

Dialoqun davamında Dallas sözügedən oyunun VAR hakimi Özgür Yankayanı da sorğu-suala tutur. O, Yankayadan bu qədər yumşaq toxunuşdan sonra hakimi monitora çağıraraq onu təzyiq altına salmasının səbəbini soruşur. Yankayanın cavabı belə olur:

“Qısası, səhvə yol verdim. Bitigen təmas anının görmədiyini söyləyincə epizodu yenidən incələdim. “Qalatasaray”lı oyunçuların narazılıqlarına, gözləntilərinə baxdım. Etiraz edənlər çox idi. Həm də həmin an təmas gördüm”.

Bu sözlər və bu dialoq əslində Türkiyə futbolunda hakimliyin iflas etdiyini göstərir. Təsəvvür edin ki, oyun zamanı epizodu izlədikdən sonra penalti verən hakim bu dəfə epizodda penalti olmadığını etiraf edir! Üstəlik baş hakimi monitora çağıran VAR hakimi də səhvə yol verdiyini və bu qərarda “Qalatasaray”lı futbolçuların sərt etirazının böyük rol oynadığını boynuna alır.

Maraqlıdı ki, Büyükekşi “Fənərbaxça” prezidenti Əli Koça belə bir toplantının olmadığını deyibmiş. Bunu son mətbuat konfransında Əli Koç özü açıqlamışdı. Toplantının görüntülərinin sızdırılmasından sonra “Fənərbaxça” cəbhəsindən, gözlənildiyi kimi, sərt açıqlamalar gəldi. Klubun idarə heyətinin sədri Uğur Dündar həm Bitigeni, həm də Yankayanı futbol ictimaiyyətindən üzr istəməyə, eləcə də karyerasını bitirməyə çağırdı. Görüntülərin yayınlanması TFF-nin daxilində də ciddi problemlərə yol açdı. Qurum əvvəlcə rəsmi bəyanat vermək məcburiyyətində qaldı. Bəyanatda bu görüntülərin, yəni ictimaiyyətə qapalı keçirilən bir toplantının sızdırılmasının cinayət olduğu vurğulandı və məsələ ilə bağlı araşdırmaya başlandığı qeyd olundu. Daha sonra TFF məcburiyyətdən 1 saat 4 dəqiqəlik toplantının hamısını “yutub” səhifəsinə yerləşdirməli oldu! Maraqlıdı ki, “Qalatasaray”ın rəsmisi Ərdən Timur bütün bu qalmaqala səbəb olan “Lake of tears” səhifəsinin FETÖ ilə bağlantısı olduğunu iddia etdi.

“Faktiki oyunun taleyini dəyişən bir qərar oldu”
TFF həmin toplantını tam formada yayınladıqdan sonra Hyu Dallasla “Fənərbaxça” – “Kasımpaşa” oyununun hakimləri arasındakı dialoq da üzə çıxdı. Məsələ burasındadı ki, məhz elə 27-ci turun “Fənərbaxça” – “Kasımpaşa” oyununda da böyük müzakirələrə yol açan bir epizod baş vermişdi. Hesab 1:1 olarkən əsas vaxta əlavə olunan dəqiqələrdə əllə oyuna görə “Fənər”in xeyrinə təyin olunan şübhəli penaltidən qol vuran Batşuayi komandasına 2:1 hesablı qələbə qazandırmışdı. O matçın baş hakimi Cihan Aydın, VAR hakimi isə Erkan Engin idi. Toplantıda əvvəlcə “Fənər”li Oostervoldeyə qarşı kobudluq müzakirə olundu. Belə ki, epizod düz cərimə meydançasının xətti üzərində olsa da, hakim penalti yox, cərimə zərbəsi təyin etmişdi. Dallas burda daha çox VAR hakimi Erkan Engini epizoda qarışmadığına görə tənqid edir. Daha sonra isə “Fənər”in qazandığı penalti müzakirə olunur. Dallasla hakimlərin dialoqunu sizə təqdim edirik.

- H.D.: Erkan, epizodun 4 görüntüsü var və heç birində əllə oyun olduğuna dair dəqiq söz söyləmək olmur. Sən hansı görüntüdə əllə oyun gördün?
- E.E.: İndi dəqiq əllə oyun görə bilmirəm. Həmin an VAR otağındakı hissiyyatımdan danışmalı olsaq, qapı arxasından çəkilən və ən yaxın olan görüntüdən sonra əmin oldum. Topun istiqamətini dəyişməsindən və hərəkətindən əllə oyun olduğunu düşündüm.

- H.D.: VAR otağında sənin izlədiyin görüntü ilə bizim indi izlədiyimiz görüntü arasında heç bir fərq yoxdu. Burda məqsəd obyektivlik olmalıdı. Belə epizodlarda konkretlik və dəqiqlik olmalıdı. Sənin “görəsən, penalti ola bilərmi” narahatlığını anlayıram. Amma bir görüntüdə topun ələ təmas etdiyinə dair sübut yoxdusa, hakimi VAR-a çağırmaq yanlışdı. Çünki sənin əlində sübut yoxdu. Cihan Aydının özündən də soruşmaq istəyirəm. Monitora baxandan sonra hansı görüntüyə əsasən topun ələ təmas etdiyini gördün?
- C.A.: Monitorda Erkan Engin mənə təmas anını göstərdi. Topun ələ təmas etdiyini dedi və başqa bir kamera ilə çəkilən görüntünü də göstərdi. “Top birbaşa ələ dəyir” dedi. İlk təmas anını bir neçə dəfə dayandırıb göstərdi. Mən də onun bu sözündən sonra penalti verdim.

- H.D.: Bu görüntülərdən sonra insanlarda penaltinin nəyə görə verildiyinə dair şübhələr aradan qalxmadı. Hesab 4:1 olsa, bu qərarı müəyyən mənada anlamaq olar. Amma hesab 1:1 idi. Faktiki oyunun taleyini dəyişən bir qərar oldu. Əldə sübut yoxdu. Belə olmamalıydı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-08-2022, 13:0

TFF başqanı “Beşiktaş”ın cavabını verdi

Dünya futbolu

9-07-2022, 11:0

Hakimlər Komitəsinin yeni sədri bəlli oldu

Aktual / Manşet

15-07-2022, 13:0

AFFA Hakimlər Komitəsinin yeni sədri bəlli oldu

Dünya futbolu

17-02-2024, 15:0

Türkiyə çempionatında VAR danışıqları açıqlanacaq!

Dünya futbolu

16-07-2023, 14:0

Türkiyədə HK sədri yenə dəyişdi

Dünya futbolu

24-06-2022, 23:0

Klublar Birliyinin yeni sədri kim seçildi?

Aktual
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
“Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
Son xəbərlər
  • Bu gün, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Bu gün, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Bu gün, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Bu gün, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Bu gün, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Bu gün, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Bu gün, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Bu gün, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 242
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 219
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə