“Bavariya”nın ikinci variantı kimdi?

27.03.2024 22:50 153
Dünya futbolu
“Bavariya”nın Xabi Alonsonun xidmətində maraqlı olduğu hamıya bəllidi.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubu hər ehtimala qarşı ikinci variantını da müəyyən edib. Münhenlilər “Bayer-04”ün baş məşqçisi ilə anlaşa bilməsələr, Robero De Zerbi ilə müqavilə bağlamağa çalışacaqlar. “Bavariya”nın yeni idman direktoru Maks Eberl artıq “Brayton”un baş məşqçisinə ilkin təklif irəli sürüb.