"Bavariya" “Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Bayer 04"ün baş məşqçisi Xabi Alonso ilə danışıqlara başlayıb.
"Sky Germany" xəbər verir ki, ispaniyalı mütəxəssisin "Bavariya"da işləmək ehtimalı yüksəkdi. Bir müddət əvvəl Alonsonun yeni mövsümdən "Liverpul"u çalışdıracağı bildirilsə də, "Bavariya" rəhbərliyi hazırda mütəxəssislə danışıqlar apardığını etiraf edib.
Alonso mövzusunda daha bir xəbər var. “Bayer-04” onun “Bavariya”nı və ya “Liverpul”u çalışdırmağa razılıq verəcəyi təqdirdə kompensasiya alacağına ümid edir. “Aspirinlər” hətta 24 milyon avro rəqəmini səsləndirir.