Harri Keynin “Bavariya”nın hədəfində olduğu hamıya bəllidi.
"Football-plus.az" xəbər verir ki, Almaniya nəhəngi onu sıralarına qatmaq üçün növbəti təkliflə çıxış edib.
Bazar ertəsi “Tottenhem”ə 100 milyon avro təklif edilib. Bu, Münhenlilər üçün rekord göstərici sayılır. Lakin xəbəri yayan “The Times” qəzeti aparıcı hücumçusunu satmaq istəməyən İngiltərə klubunun 117 milyon avro tələb etdyini də yazıb. “Bavariya” keçidi həftəsonuna qədər rəsmiləşdirmək istəyir.
29 yaşlı Harri ötən mövsüm “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib.