“Bavariya”da yeni idman direktorunun kimliyi müəyyənləşib.
Bu vəzifəyə Maks Eberl təyin edib. Klubun rəsmi saytının xəbərinə görə, 50 yaşlı funksioner ilə müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Xatırladaq ki, “Bavariya”nın idman direktoru vəzifəsi 2023-cü ilin may ayından, Hasan Salihamiciçin bu vəzifədən qovulmasından sonra boş idi.
Eberl 2023-cü ilin yanvar-sentyabr aralığında “Leyptsiq”in idman direktoru olub.
Bundan əvvəl isə 23 il Münhenqladbax “Borussiya”sında çalışıb.