“Atletiko”nun yeni rekordçusu oldu

11.09.2022 14:52 317
Dünya futbolu
La Liqanın “Atletiko” – “Selta” matçı (4:1) Koke üçün əlamətdar olub.

Meydana fasilədən sonra çıxan yarımmüdafiəçi “Atletiko”nun formasında bütün turnirlərdə 551-ci oyununu keçirib. 30 yaşlı Koke bununla da paytaxt klubunun yeni rekordçusu olub. O, 1959-76-cı illərdə madridlilərin 550 matçında iştirak edən yarımmüdafiəçi Adelardonu arxada qoyub.