“Atletiko”da yeni müqavilə

7.10.2023 22:58 185
Dünya futbolu
“Atletiko” aparıcı oyunçularından biri ilə müqaviləni yeniləyib.

Xose Ximenes bu komandada hələ uzun müddət çıxış edəcək. Onun imzaladığı yeni anlaşmanın müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Uruqvaylı müdafiəçi İspaniya klubunda 2013-cü ildən çıxış edir. 28 yaşlı Xose indiyədək La Liqada meydana çıxdığı 203 oyunda 6 qol vurub.