• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Komanda istəkli olmalıdı ki, elitada qalmağı qarantiləyə bilək" - Adil Şükürov

Ölkə futbolu / Müsahibə

27-03-2024, 12:0

"Kəpəz"in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibə verib.

"Football-plus.az" həmin müsahibəni təqdim edir:

- Üçüncü dövrənin yekunlarını necə qiymətləndirirsiz?
- “Kəpəz” bu dövrədə komanda olaraq inamlı çıxış etdi. Deyərəm ki, bütün futbolçular hər oyuna maksimum şəkildə istəkli yanaşdılar. İstər oyunçular, istərsə də İdarə Heyətinin sədri İlqar Nadiri başda olmaqla, klub rəhbərliyi, futbol veteranları, azarkeşlər birlikdə olaraq “Kəpəz”in uğurları üçün hər şey ediblər. Birgə fəaliyyətimiz indi də davam edir.

- Komandanı qarşıda sonuncu dövrə gözləyir. Çətin oyunlara komanda hazırdı?
- 4-cü dövrədə bizi daha ağır mübarizə gözləyir. Çünki sonuncu dövrədə turnir cədvəlində bizdən yuxarıda olan komandalar qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün gərgin mübarizə aparacaq. Digər klublar isə premyer-liqada qalmaq uğrunda oynayırlar. Bu mərhələdə komandamız çalışıb maksimum xal toplamalıdı. Fikrimcə, komanda istəkli olmalıdı ki, elitada qalmağı qarantiləyə bilək.

- Geriyə boylananda hansı oyunun nəticəsi sizin üçün daha yaddaqalan olub?
- Komandada olduğum gündən bütün oyunlar yüksək dinamikada keçib və bu, məni çox sevindirir. Buna görə futbolçulara təşəkkür etmək istəyirəm. Həqiqətən oyunçular böyük işin öhdəsindən gəldilər. Daha çox yaddaqalan oyun isə “Neftçi” ilə Tovuzda qarşılaşdığımız və 3:3 hesabı ilə başa çatan matç olub. Oyun mübarizəli və bolqollu alındı. Baxımlı qollar vurduq.

- Mətbuatda bəzən hansısa futbolçunun komandadan gedəcəyi, əksinə, gələn mövsüm kiminsə heyətə qoşulacağı barədə xəbərlər yayılır. Buna münasibətiniz necədi?
- Komanda sonuncu dövrədə çempionatda ən çox xal toplayan 3-cü kollektiv olub. Bu komandaya, heyətə daha da çox inanmaq və güvənmək lazımdır. İnşaallah, bizim futbolçularımız gələcəkdə daha da yaxşı ola bilərlər.

- Azarkeşlərin və klub rəhbərliyinin dəstəyini hiss edirsiz?
- Klub rəhbərliyinin dəstəyi yüksək formadadı. İlqar müəllim komandanı lazımi səviyyədə motivasiya etmək üçün mümkün bütün imkanlarından istifadə edir. Eləcə də azarkeşlərimizi qeyd etmək istərdim. Komanda oyunlara çıxarkən fanatlarımızın verdiyi dəstək uşaqları yüksək səviyyədə oyunlara kökləyir. Bundan əlavə, hətta məşqlərə çıxarkən onların bizim yanımızda olması futbolçulara ruh yüksəkliyi verir.

- Komandanı oyunlara necə motivasiya edirsiz?
- “Kəpəz” sıradan bir komanda deyil. Bu klubun tarixi, özünəməxsus ənənəsi, nailiyyətləri olub. Son nəticələrdən sonra futbolçular şəhərdə gəzərkən insanların onlara olan yanaşmasını, münasibətini bir daha görüblər. Ona görə əlavə nəsə danışmağa ehtiyac yoxdu.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

23-02-2024, 21:0

"Bu, həm də şəhərin istəyidi"

Premyer-liqa

28-12-2022, 14:0

“Kəpəz”in kollektivi Gəncə Uşaq Evini ziyarət etdi

Premyer-liqa / Manşet

11-10-2022, 21:0

Hüseyn Məhəmmədov: “Hələ bilmirik, mövsümün sonunda nə qərar veriləcək”

Premyer-liqa / Günün xəbəri

13-09-2022, 15:0

Bu klubun rəhbəri komanda üçün 100 min manat xərcləyib

Premyer-liqa / Manşet

27-03-2023, 20:0

Sənan Qurbanov: "Kəpəz"lə "Şamaxı"nın döyüşkənliyini müəyyən qədər önə çəkərdim”

Ölkə futbolu

16-03-2023, 14:0

“Sumqayıt”ın kapitanı azarkeşlərdən üzr istədi - AÇIQLAMA

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə