Millimizin futbolçusu zədələndi

25.03.2024 18:20 157
Yığma
Azərbaycan milli komandasında itki baş verib.

"Football-plus.az" xəbər verir ki, yığmamızın futbolçusu Vüsal İsgəndərli ötən gün baş tutan məşqdə zədələnib. Bu səbəbdən futbolçunun adı “FIFA series – Edition 2024” layihəsi çərçivəsində millimizin bu gün saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstan yığması ilə keçirəcəyi oyunun sifariş ərizəsinə salınmayıb.