FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək

27.02.2024 10:52 233
Yığma
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) gələn ay dörd ölkədə sınaqdan keçiriləcək FİFA Seriyası adlı yeni beynəlxalq yoldaşlıq görüşləri turnirinə başlayıb.

“Football-plus.az” xəbər verir ki, oyunlar 18-26 mart tarixlərində Səudiyyə Ərəbistanı, Əlcəzair, Azərbaycan və Şri-Lankada baş tutacaq.

Hər ölkədə dörd komanda çıxış edəcək və onlardan hər biri iki oyun keçirəcək.

FİFA Seriyası

Əlcəzair

Komandalar: Əlcəzair, Boliviya, Andorra, Cənubi Afrika

Azərbaycan

Komandalar: Azərbaycan, Monqolustan, Tanzaniya, Bolqarıstan

Şri Lanka

Komandalar: Şri Lanka, Papua Yeni Qvineya, Butan, Mərkəzi Afrika Respublikası

Səudiyyə Ərəbistanı

A qrupu: Kabo-Verde, Ekvatorial Qvineya, Qayana, Kamboca.

B qrupu: Qvineya, Vanuatu, Bermud adaları, Bruney.

Qalib komandaya heç bir kubok və ya pul mükafatı verilməyəcək. FİFA səyahət xərclərini qarşılamaq niyyətindədi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul