"Lerik" "Sheki City"ni qəbul edib və qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Maraqlıdı ki, 48-ci dəqiqədən azlıqda oynayan “halvaçılar” ilk uzatma dəqiqəsində məğlubiyyətdən qurtula bilib. Xalını 28-ə çatdıran "Sheki City" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 16 xala malik "Lerik" isə 11-ci yerdədi. “Sheki City”nin prezidenti Elgün Hüseynovun son oyunla bağlı “Football-plus.az”a açıqlaması:
“Biz əslində “Lerik”lə oyuna (Lənkərana – red.) qələbə arxasınca getmişdik. Oyunun əvvəlində məcburi əvəzetmə və qırmızı vərəqə planlarımızı pozdu. Əlavə olaraq meydan bərbard gündə idi. Meydan, demək olar ki, beton idi. Oyundan sonra 5-dən çox futbolçumuzun zədəsi var. Heç bilmirik ki, necə olacaq?! Bu gün həkimə apardıq və hər futbolçuya 15-20 gün, 1 ay yaşıl meydandan kənar qalmağı tapşırdılar. 10 nəfərlə mübarizə aparsaq da, məğlubiyyətdən xilas olduq”.
ƏSƏD SEYİDOV






