"Qusar" - "Cəbrayıl", "Ağdaş" - "Lerik" matçlarında sülh - YENİLƏNİB

26.09.2023 17:32 225
II liqa
Dünən ölkə çempionatının 2-ci liqasında 4-cü tura üç oyunla start verildi.

Günün ilk oyununda “Qusar” Sumqayıtda “Göygöl”lə qollu heç-heçəyə razılaşdı – 1:1. Nominal meydan sahiblərindən Sərxan Ağayev 70-ci dəqiqədə penaltini boşa verdi. “Şəfa” mövsümdə ilk qələbəsini “Şəmkir” üzərində qazandı - 3:2. “Kür-Araz” - “Kürmük Qax” oyununda isə hokkey hesabı qeydə alındı. Darmadağın olan qaxlılar heç cür ilk xalını qazana bilmir. Birvaxtlar ölkə futbolunun ulduzlarından olan Cavid İmamverdiyev bu oyunda het-trik etdi. Maraq üçün qeyd edək ki, oyunu izləyənlər arasında “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə də var idi.

"Football-plus.az" xəbər verir ki, turun qalan 4 oyunu bu gün və sabah keçiriləcək.

25 sentyabr
Qusar – Göygöl 1:1
Sərxan Ağayev, 20 - Vüqar Əşrəfli, 43.

Şəfa - Şəmkir 3:2
Asim Quliyev, 24. Elşən Mirzəzadə, 78. İbrahim Yusifov, 81 - Elgün Namazov, 39; 55.

Kür-Araz - Kürmük Qax 6:3
Cavid İmamverdiyev, 7; 14; 15. Eltun Hüseynov, 45+1. Qeyrət Əliyev, 77. Ceyhun Quliyev, 88 - Elcan Hafizli, 9. Nail Təhməzli, 36. Elvin Süleymanov, 90+3.

26 sentyabr
Şahdağ Qusar - Cəbrayıl 0:0

Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.

Baku Sportinq - Sheki City 1:0
Məhəmməd Xəlilov, 74
Binə, qəsəbə stadionu. Saat 15.00.

Ağdaş - Lerik 0:0
Ağdaş, şəhər stadionu. Saat 15.30.

27 sentyabr
Dinamo – Füzuli

Binə, qəsəbə stadionu. Saat 15.00.

Xal durumu: Sheki City, Cəbrayıl – 9, Göygöl – 7, Dinamo, Lerik, Kür-Araz, Füzuli, Baku Sportinq – 6, Qusar, Ağdaş, Şahdağ Qusar – 4, Şəfa – 3, Kürmük Qax, Şəmkir – 0.

Bombardirlər: Ravil Yusifli (Sheki City), Vüqar Əşrəfli (Göygöl) – 6.