Elçin Məsiyev Sloveniyada vərəqə payladı: 9 sarı, 1 qırmızı!

24.03.2024 16:30 230
Aktual / Ölkə futbolu
Elçin Məsiyev martın 22-də Murska Sobotada U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Sloveniya - Bosniya və Hersoqovina oyununu idarə edib.

Ona yan xətdə Pərvin Talıbovla Elşad Abdullayev kömək edib. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib. Məsiyev Sloveniyanın 3:0 hesablı qələbəsiylə bitən oyunda meydan sahiblərinə 4 sarı, qonaqlara isə 5 sarı, 1 qırmızı vərəqə göstərib. Onun 44-cü dəqiqədə qonaqların qapısına təyin etdiyi penaltini Seslar boşa verib.

Bir sözlə, azərbaycanlı hakim 1024 tamaşaçının izlədiyi oyunda istənilən qərara əl atmaqdan çəkinməyib.

ELMİN