UEFA-dan Elçin Məsiyevə növbəti təyinat

20.03.2024 10:00 170
Ölkə futbolu
UEFA azərbaycanlı FİFA referisi Elçin Məsiyevə daha bir təyinat verib.

"Football-plus.az" xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya U-21 - Bosniya və Hersoqovina U-21 oyununu idarə edəcək.

Məsiyevə yan xətdə Pərvin Talıbov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasının İnqilab Məmmədov yerinə yetirəcək

Qeyd edək ki, martın 22-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21.00-da başlyacaq.