Elçin Məsiyev Konfrans Liqasında oyun idarə edəcək

16.07.2022 10:50 550
Konfrans Liqası
FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Football-plus.az xəbər verir ki, azərbaycanlı hakim Avstriyada "Rapid" (Vyana) və Polşanın "Lexiya" klubları arasında Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.