Mbappe: ''Hər şeyə AÇ-dən öncə aydınlıq gələcək''

24.03.2024 15:30 179
Dünya futbolu
Yayda PSJ-ni tərk edərək ''Real''a yollanacağı güman edilən Kilian Mbappe gələcəyi ilə bağlı açıqlamalar verib.

Hazırda Fransa yığmasının düşərgəsində olan və Almaniya ilə oyundan öncə jurnalistlərlə görüşən Mbappe bunları deyib:

''Gələcəyimlə bağlı açıqlama verməmişəm. Çünki açıqlayacağım bir şey yoxdu. Qərar verilən kimi bunu ictimaiyyətlə bölüşəcəm. Bu söz-söhbətlər oyunuma təsir edirmi? Son matçlarda məni gərgin görmüsüzmü? Meydandan kənarda baş verənlər vecimə də deyil. Mən meydana çıxıb öz işimi görürəm. Çox güman, bütün suallara AÇ-2024-ün startından öncə aydınlıq gələcək''.

Mbappenin bu mövsüm 37 rəsmi oyunda 38 qol vurduğunu bildirək.

ƏLİ