Mbappe seçim qarşısında qalıb

24.06.2023 19:58 321
Dünya futbolu
Kilian Mbappenin növbəti mövsümə harda başlayacağı hələ ki məlum deyil.

"Football-plus.az" xəbər verir ki, PSJ ulduz futbolçuya klubdakı gələcəyi ilə bağlı qərar verməsi üçün vaxt qoyub.

Fransa mənbələrinin yaydığı xəbərə görə, Paris klubu Kiliandan 2-3 həftə ərzində yekun qərarını açıqlamasını tələb edib. Rəhbərlik onun dəqiq mövqeyini, müqavilənin müddətinin uzadılmasına razı olub-olmadığını bilmək istəyir. Əks-halda dünya çempionu bu yay satılacaq.

Daha əvvəl Mbappenin 250 milyon avroya “Real”a keçə biləcəyi haqda xəbərlər yayılmışdı. PSJ hücumçu ilə bağlı iki variantı nəzərdən keçirir: Kilian ya müqavilənin müddətini uzatmalı, ya da satılmalıdı. 24 yaşlı hücumçunun müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi.