"Football-plus.az" xəbər verir ki, o, PSJ-dəki gələcəyi ilə bağlı sualı cavablandırıb.
Bəzi mənbələr Mbappenin karyerasını “Real”da davam etdirə biləcəyi haqda xəbərlər yayıb. Onunla “Liverpul”un maraqlandığı da iddia edilir. Kilian PSJ-də 2018-ci ildən çıxış edir. Forvardın klubla müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədərdi. Dünya çempionu son xəbərlərə belə münasibət bildirib:
“Gələcəyimlə bağlı hələ qərar verməmişəm. Mən seçim etməmişəm. Heç kim klubdaxili vəziyyətimdən danışmır. Bizim prezident Əl-Xelayfi ilə razılaşmamız var. Mənim vəziyyətimə deyil, komandaya diqqət yetirin”.





