Fransa yığmasının baş məşqçisi Didye Deşam Kilian Mbappenin karyerasını “Real”da davam etdirməyə qərar verməsi ilə bağlı xəbərlərə toxunub:
“Çoxlarının bu məsələyə kökləndiyini bilirəm. Kilian qərar verəcək. Və o, doğru vaxtın yetişdiyini düşünəndə bu qərar ictimaiyyətə də açıqlanacaq. Mart toplanışında bizə qoşulanda həmişə olduğu kimi, yenə də keçirməli olduğumuz iki yoldaşlıq oyununda komandanın maraqları üçün toparlanacaq. Çox güman, Avropa çempionatına qədər sualınıza cavab tapacaqsız”.
Son günlərdə Mbappenin “Real”a keçməyə yaxın olduğu haqda xəbərlərin ardı-arası kəsilmir. 24 yaşlı fransalı ulduz cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 28 oyunda 29 qol vurub, 7 məhsuldar ötürmə verib.