Mbappe ilə bağlı vacib qərar

18.11.2023 19:58 224
Dünya futbolu
PSJ rəhbərliyi Kilian Mbappe ilə bağlı vacib qərar verib.

"Football-plus.az" xəbər verir ki, Fransa klubu ona yeni müqavilə təklif etməyəcək. Rəhbərlik artıq 24 yaşlı hücumçu ilə yolları ayırmağı düşünür. Mbappe PSJ-də 2017-ci ildən oynayır. Onun klubla müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədərdi.

Kilian bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 15 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib.