“Əhəmiyyətsiz oyundu, buna görə də Bakıya gəlməyəcəyik”

23.03.2024 15:40 200
Aktual / Ölkə futbolu
Millilərin oyunlarıyla bağlı ölkədaxili turnirlərdə yaranan fasilədən hərə bir cür yararlanmağa çalışır.

Bu gün yoxlama oyunu keçirənlər arasında “Sabah”la “Qəbələ” də var. Bu komandalar saat 17.00-da “Bank Respublika Arena”da qarşılaşacaq.

Görəsən, “Qəbələ”nin ən fəal azarkeş qrupu “Red Black Army” komandanı tribunadan dəstəkləyəcəkmi?

Azarkeş qrupunun idarəçilərindən Nəriman Təbriz "Football-plus.az"ın sualını belə cavabladı:

"Xeyr, əhəmiyyətsiz oyundu, buna görə də Bakıya gəlməyəcəyik. Əvəzində "Qəbələ-2" ilə "Turan Tovuz-2" arasında keçiriləcək yoxlama oyununu səbirsizliklə gözləyirik. Həmin oyun Qəbələdə olacaq və biz onu izləyəcəyik".

GÜNAY SÜLEYMANOVA