"Zirə"nin müdafiəçisi millidə qol ötürməsi ilə yadda qaldı

22.11.2023 16:51 228
DÇ 2026
DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, "Zirə"nin futbolçusu İssa Cibrillanın formasını geyindiyi Niger millisi öz meydanında Zambiyanı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İssa Cibrilla da bu görüşün iştirakçısı olub. 27 yaşlı müdafiəçi 74-cü dəqiqədə meydana daxil olub. O, komandasının ikinci qolunun məhsuldar ötürməsini edib.

2 turdan sonra 3 xal toplayan Niger yığmsı E qrupunda 2-ci pillədə qərarlaşıb.