Əlcəzair yığmasının azarkeşləri insident törədiblər. Afrika Millətlər Kubokunun Mavritaniya ilə matçından sonra xoşagəlməz hadisə yaşanıb.
"Football-plus.az" xəbər verir ki, Əlcəzair millisi 0:1 hesabı ilə uduzmaqla qrupda qalıb və pley-offa çıxa bilməyib. Bu uğursuzluq azarkeşlərinin qəzəbinə səbəb olub. Onlar komandanın məskunlaşdığı otelə hücum ediblər. Mühafizə xidmətinin əməkdaşları otelə daxil olmaq istəyən fanatların qarşısını kəsməyə çalışıblar. Amma komandanın bəzi səlahiyyətli şəxsləri döyülüblər. Azarkeş ordusu gecə saatlarına qədər otelin qarşısında gözləyib. Daha sonra geri qayıdıblar.
Qeyd edək ki, Əlcəzair millisi bunadək D qrupunda Anqola (1:1) və Burkina Faso (2:2) ilə heç-heçə yə razılaşmışdı. Komanda qrup mərhələsini 2 xalla sonuncu - 4-cü yerdə başa vurub.