Moskva klubunda məşqçi dəyişikliyi

18.08.2022 15:05 315
Dünya futbolu
“Torpedo”da məşqçi dəyişikliyi zərurətə çevrilib.

"Football-plus.az" xəbər verir ki, Aleksandr Borodyuk komandanı tərk edib. Rəhbərlik baş məşqçi ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozub. Buna komandanın uğursuz çıxışı rəvac verib. “Torpedo” Rusiya çempionatında keçirdiyi 5 oyunda yalnız 1 xal qazanmaqla hazırda turnir cədvəlində sonuncudan əvvəlki – 15-ci yerdədi.

Moskva klubuna Aleksandr Kerjakovun təyinat alacağı gözlənilir. Yerli mənbələr rəhbərliyin onunla razılığa gəldiyini xəbər verir.