“Qranada”da məşqçi dəyişikliyi zərurətə çevrilib.
Uğursuz nəticələrə görə istefaya göndərilən Pako Lopesin xələfi məlum olub.
Baş məşqçi postuna Aleksandr Medina təyinat alıb. O, Avropada ilk dəfə çalışmaq imkanı qazanıb. Medina indiyədək Uruqvayda “Nasyonal”, Braziliyada “İnternasyonal”, Argentinada isə “Talyeres de Kordoba” və “Veles Sarsfild” klublarını çalışdırıb. Onun qarşısına hazırda La Liqada 14 oyuna 7 xalla 19-cu yerdə olan “Qranada”nı təhlükəli zonadan çıxarmaq vəzifəsi qoyulub.