Belə ki, Muxtar Respublika təmsilçisinin 9 nömrəli oyunçusu Elvis Maşikeylə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi deyilir. Görəsən, bu xəbər doğrudumu? Bəs ictimaiyyətə rəsmi şəkildə nə vaxt açıqlanacaq? Klubun media və marketinq qurumunun rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq:
“Elvis başqa klubdan təklif aldığını və getmək istədiyini bildirib. Hazırda bu istiqamətdə müzakirələr gedir. Məsələ rəsmiləşdikdən sonra açıqlama veriləcək”.
Qeyd edək ki, konqolu futbolçu mövsümün geridə qalan hissəsində premyer-liqada cəmi 3 qol vura bilib.
KAMAL SƏFƏR






