"Araz-Naxçıvan" 5 oyunçusu ilə vidalaşdı

18.11.2022 13:47 414
İdman
Ölkə çempionu “Araz-Naxçıvan” 5 futzalçı ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Futzal federasiyası məlumat yayıb. Belə ki, Mikael Deon, Vitinyo, Vitao, David Qustavo və Sinesio ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.