“Neftçi” - “Qarabağ” matçından sonra bakılıların dörd azarkeşinin məğlubiyyətə etiraz etmək üçün klub bazasının ərazisində pirotexniki vasitələrdən yararlanmaqla asayişi pozduğunu xəbər vermişdik.
Məhkəmənin qərarı ilə Arif Dadaşov 30, Ceyhun Quliyev 15 sutka inzibati həbs cəzalı alıb, Vasif Rzayevlə Sabir Nəzərov cərimələnib. Görəsən, bayram öncəsi klubun əsas azarkeş qrupu olan “Forza Neftçi” həbsdə olan azarkeşlərə bayrampayı və ya ərzaq yardımı edibmi? Adı çəkilən azarkeş qrupunun üzvlərindən Tural Alışov qısaca “öz aramızda toplaşıb, nə lazımdısa, etmişik” dedi.
GÜNAY SÜLEYMANOVA