“Neftçi” - “Qarabağ” matçında (0:4) bir neçə azarkeşin həbs edildiyini xəbər vermişdik.
Məsələ ilə bağlı "Neftçi"nin azarkeş qrupu "Forza Neftçi" də bəyanat yayıb:
"Forza Neftçi" olaraq, Azərbaycan premyer-liqasının son turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyunundan əvvəl və oyun zamanı azarkeşlərə qarşı edilmiş haqsızlıqlara və onların həbs olunmasına etiraz edirik. Bu haqsızlığın növbəti oyunlarda bizə və digər azarkeş qruplarına qarşı edilməyəcəyinə heç kim zəmanət verə bilməz. Tribunada rəqib ola bilərik, amma hamımız Azərbaycan tribunasının inkişafına çalışırıq.
Bu haqsızlığı bir az daha göz önünə çıxarmaq üçün Azərbaycanın bütün azarkeş qruplarının qarşıdan gələn 2 oyunda iştirak etməyəcəyini bəyan edirik!".