Bundan qəzəblənən bir qrup azarkeş məğlubiyyətə etiraz etmək üçün klub bazasının ərazisində pirotexniki vasitələrdən yararlanmaqla asayişi pozub. Məhkəmənin qərarı ilə iki azarkeş həbs edilib, ikisi də cərimələnib. Yığmanın əsas azarkeş qrupu olan “Göyqurdlar” “Football-plus.az” ilə əlaqə saxlayaraq tribuna istədi. Sözügedən azarkeş qrupunun rəhbəri Elnur Şəriflinin dedikləri:
“Burdan “Neftçi” rəhbərliyinə səslənirəm ki, saxlanılan azarkeşləri çıxarmaq üçün çalışsınlar. Çünki o saxlanılan azarkeşlər “Neftçi”ni özlərindən də çox sevirlər. Ona görə başlarına bu hadisə gəldi. “Ağ-qaralar”ın hazırda göstərdiyi nəticələr qəbulolunmazdı. Belə uğursuzluqlar klubun adına və tarixinə yaraşmır. Komandanın göstərdiyi bu biabırçı performans rəhbərlikdən çox biz azarkeşləri yaralayır və üzür”.
GÜNAY SÜLEYMANOVA






