Keylor Navasın bu yay klubunu dəyişmək şansı var.
Fransa mənbələrinin məlumatına görə, PSJ qapıçısını bir şərtlə, ona görə sərfəli təklif gələcəyi halda satmağa hazırdı. Hazırda “Napoli” Keylorun transferi üçün parislilərlə danışıq aparır.
Qeyd edək ki, yeni mövsümdən PSJ-nin əsas qapıçısı Canluici Donnarummadı. Baş məşqçi Kristof Qaltyenin bu qərarı isə Navasda iş yerini dəyişmək fikri oyadıb.