PSJ rəhbərliyi Canluici Donnarummanı sevindirib.
İtaliyalı qapıçı bu yay komandanı tərk edə biləcəyinə işarə vurmuşdu. O, digər qolkiper Keylor Navas ilə aralarındakı rəqabətdən danışarkən mövsümün sonunda klubun seçim etməli olacağını və bir əlcək sahibinin PSJ-ni tərk edəcəyini demişdi. “Ekip” nəşrinin xəbərinə görə, rəhbərlik əsas qapıçının Donnarumma olacağına qərar verib və bununla da onun Navas ilə rəqabətinə son qoyub. 35 yaşlı Keylorun yayda klubu tərk etməsi gözlənilir.
Qeyd edək ki, 23 yaşlı Donnaruma bu mövsüm Liqa 1-də iştirak etdiyi 16 oyundan 4-də qapısını toxunulmaz saxlayıb. Navas isə 20 oyundan 8-də qapısından qol buraxmayıb.