Bundesliqada ən yaxşı seçildi

16.05.2022 20:28 442
Dünya futbolu
"Leypziq"in hücumçusu Kristofer Nkunku Bundesliqada 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı hücumçu Almaniya Bundesliqasında bu mövsüm 34 oyuna çıxıb. Fransız futbolçu bu oyunlarda 20 qol vurub, 15 assist edib.

Nkunku mövsüm ərzində 4 dəfə ayın oyunçusu da seçilmişdi.