• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Elvinin qırmızı vərəqə alması tam qaydalar çərçivəsində oldu” - Teylora haqq qazandırdı

Manşet / Avropa Liqası

17-03-2024, 20:0

Tarixində ilk dəfə Avropa Liqasının 1/8 final mərhələsinə yüksələn “Qarabağ” “Bayer-04”ü mübarizədən kənarlaşdırmağa yaxın oldu.

Qurban Qurbanovun komandası 62-ci dəqiqədə azlıqda qalmasına baxmayaraq, hesabda 2:0 önə keçməyə nail oldu. Amma bu üstünlüyü qoruya bilmədik. Oyundan sonra Entoni Teylorun idarəçiliyi də sosial şəbəkələrdə və mediada geniş diskussiya doğurdu. İdarəçilyin səviyyəsi ilə bağlı fikir öyrənmək üçün təcrübəli veteran hakim Fariz Yusifova müraciət etdik:

“Dərin təəssüf hissi keçirirəm. Ancaq bir azərbaycanlı kimi qürurlandım. Ki, doğrudan da futbol aləmində, camiəsində, dünyasında, nəhayət, bizi də bir futbol ölkəsi kimi tanımağa başladılar. Bu həm də “Bayer-04” – “Qarabağ” oyununa hakim təyinatında özünü göstərdi. Doğrusu, finala az qalmış edilən hakim təyinatlarında UEFA diqqətli olmağa çalışır. Həmçinin sözügedən oyunun təyinatı da bura daxildi. Doğrusu, hakimin “böyük beşlik” ölkələrdən təyin olunacağını gözləyirdim. Baxmayaraq ki, Almaniya klubu futbolu elə də inkişaf etməyən bir ölkənin komandasına qarşı oynayırdı. Hakimlərin İtaliya və ya İngiltərədən olacağını təxmin etmişdim. Yəqin UEFA Hakimlər Komitəsi bu matçın ağırlığını nəzərə alaraq İngiltərənin seçilən hakimlərindən olan Entoni Teyloru bu görüşə təyin edib. Doğrudan da, UEFA artıq bizi bir futbol ölkəsi kimi tanımağa və hörmət etməyə başlayıb. Düzü, Teylorun idarə etdiyi çempionat və avrokubok oyunlarını izləmişəm. Sabit hakimlik edən, oyunu “oxumağı” bacaran biridi. Ümumiyyətlə, peşəkar hakimə xas olan bütün xüsusiyyətlər Teylorda cəmləşib. Bir daha bu görüşdə də imicinə, ölkəsinə uyğun hakimlik etdi. Teylor müasir futbol oynamağa imkan verir. Doğrudu, VAR sistemindən də istifadə etdi. Əfsuslar olsun ki, bizim komandanın əleyhinə olan hər hansı bir qayda pozuntularına görə oyunu qaydalar çərçivəsində davam etdirdi. Elvin Cəfərquliyevin qırmızı vərəqəsinə gəlincə, əvvəlcə onun ilk qayda pozuntusu olduğunu dəyərləndirərək, sarı vərəqəylə cəzalandırdı. Qapı istiqamətinə həmin hərəkət cinahdan olsaydı, bəlkə də başqa cür dəyərləndirmək olardı. Lakin Elvin öncə topla düzgün rəftar edə bilmədi və itirəndən sonra rəqibə qarşı həmin hərəkəti etdi. Bu da futbolçunu aşkar qol imkanından məhrum etmək deməkdi. Ceremi Frimponq isə çox sürətliydi. Bəlkə də düşünən olacaq ki, həmin oyunçu 3-5 addım atandan sonra yıxıldı. Ola bilsin, bu Frimponqun istedadıdı. Amma çox sürətli oyunçularda belə hallar baş verir. Cüzi toxunuş onların müvazinətini itirməsinə kifayət edir. Doğrudu, Elvin onu saxlamasaydı, qapıçıyla təkbətək qalacaqdı. Amma bütün təkbətəklər də qolla nəticələnmir. Necə ki, biz bunu ötən oyunda Juninyonun ifasında gördük. Məncə, Elvin o hərəkəti etməməliydi. 32-ci dəqiqədə Olaviyo Juninyo ilə bağlı bir epizod oldu. Orda birmənalı, qəti şəkildə çiyin-çiyinə mübarizə olduğu göstərildi. Amma həmin məqamda da VAR-a baxmaq, ondan sonra ortaq məxrəcə gəlib qərar qəbul etmək olardı. Həmin epizodda topa ilk toxunuş Juninyodan oldu. Futbolçumuz daha sonra topu hərəkət istiqamətinə atır və təkbətək çıxmaq şansı qazanan vaxt rəqib çiyin zərbəsiylə buna mane olur. Bu ikili standartlar həmişə bizim və inkişaf etməyən ölkələrin komandalarının top səviyyəli klublarla görüşündə özünü göstərir. Çox istərdim ki, 32-ci dəqiqədə VAR-a baxaydılar və müzakirə edəydilər. Amma Elvinin hərəkətində dərhal hakim VAR-a çağrıldı. Ümumən qarşılaşmada hakim idarəçiliyi pis deyildi. Baş hakim matçı nəzarətdə saxlamağı bacardı. Çox təəssüf ki, 10 nəfərlə mübarizə aparmasına baxmayaraq, iki top öndə olan komandamız üçün son 20 dəqiqə hədsiz ağır oldu. Rəqibin təzyiqi çox güclü idi. Yəqin qismət belə imiş. Amma “Qarabağ”a bir daha gələcək oyunlarda uğurlar arzulayaq. Futbolçulara da təşəkkürümüzü bildirək ki, həmin gecə fanatlara yatmaq şansı yaratmadı. Ümumən hakim idarəçiliyi barəsində daha çox danışmaq istəmirəm. Lakin Elvinin qırmızı vərəqə alması tam qaydalar çərçivəsində oldu”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

8-03-2024, 22:0

“Dəyişikliklər olandan sonra təzyiqi və sürəti artırdılar” – 2:0-ı niyə qoruya bilmədik?

Manşet / Avropa Liqası

14-03-2024, 15:0

Teylor vaxtilə “Bayer-04”ü azlıqda qoyub!

Manşet / Avropa Liqası

8-03-2024, 23:0

“Baş hakim epizodlara çox yaxın idi” – Benua Bastyeni kim təbrik etdi?

Aktual / Avropa Liqası

17-02-2024, 20:0

“Oyunun ab-havasını nəzərə alsaq, hakimlik çox yüksək səviyədəydi” - Fariz Yusifov Kroqun qərarlarından razıdı

Ölkə futbolu / Avropa Liqası

12-03-2024, 13:0

"Qarabağ"ın "Bayer-04"lə matçı ingiltərəli hakimə tapşırıldı

Manşet / Avropa Liqası

25-02-2024, 17:0

“İmkan olsaydı, bolqar hakimlə üzbəüz müəyyən fikir mübadiləsi aparardım”

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 320
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə