“Dəyişikliklər olandan sonra təzyiqi və sürəti artırdılar” – 2:0-ı niyə qoruya bilmədik?

8.03.2024 22:50 248
Manşet / Avropa Liqası
“Qarabağ” dünən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda aşkar favorit “Bayer-04” əcəl təri axıtdı.

İlk yarını 2:0 öndə tamamlayan Qurban Qurbanovun yetirmələri 2-ci hissədə bu hesabı qoruya bilmədilər. Görəsən, qələbə qazanmaq üçün nə çatmadı? Bu sualı Əfqan Talıbova ünvanladıq: “Hər iki komanda biri-birinin oyun üslubunu bilirdi. Rəqib birinci hissədə əsas heyətlə oynamadığına görə oyunu tam alınmadı. Üstəlik 0:2 geri düşdülər. Dəyişikliklər olandan sonra təzyiqi və sürəti artırdılar. Bu da öz nəticəsini hesabda göstərdi. Qələbə qazanmaq çox çətin idi. Rəqib fiziki cəhətdən həddən artıq fiziki güclüdü. “Bayer-04”lə bu qün 2:2 oynayırıqsa, “Qarabağ”a “çox sağ ol” deməliyik”.

KAMAL SƏFƏR