• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəhbərlik bu məşqçinin qarşısına şərt qoyub

Dünya futbolu

15-03-2024, 19:0

“Beşiktaş”da ab-hava yenə gərgindi.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi evdəki derbidə “Qalatasaray”a uduzandan sonra ötən tur səfərdə “Qaziantep”ə də boyun əydi. Halbuki
Fernando Santuş bu mövsüm komandanı çalışdıran 5-ci fərqli məşqçidi. Ardıcıl 2 məğlubiyyətdən sonra camiədə Santuşa inamsızlıq yaranıb.

Ümumiyyətlə, statistik göstəricilərə nəzər salsaq, görərik ki, təcrübəli portuqaliyalı mütəxəssisin təyinatından bəri komandada yaxşılığa doğru heç nə dəyişməyib!

Məsələn, gözəçarpan ilk məqam məhsuldarlığın kəskin dərəcədə aşağı düşməsidi. “Beşiktaş” Santuşla superliqada oynadığı 10 qarşılaşmada cəmi 9 qol vurub ki, bu da orta hesabla hər oyuna 0,9 qol deməkdi. Bu, cari mövsüm “Qartal”da çalışmış baş məşqçilər arasında ən pis göstəricidi! Komanda mövsümə Şenol Günəşlə başlamış və ilk 7 turda 10 (hər oyuna orta hesabla 1,42) qol vurmuşdu. Günəşdən sonra komandanı qəbul edən Burak Yılmazın dönəmində “ağ-qaralar” 4 tura 7 dəfə (1,75) fərqləndilər. Camiə üçün önəmli isimlərdən olan Rza Çalımbayın dönəmində “Beşiktaş” 5 tura 6 qol (1,2) vurdu. Və nəhayət, Santuşdan öncə 3 oyunda komandanı meydana çıxaran Sərdar Topraktəpə 7 qolla komandanı bu mövsüm orta hesabla ən yüksək (2,3) məhsuldarlığa çatdıran məşqçi oldu. Santuşla məhsuldarlığın aşağı düşdüyünü sübut edən daha bir məqam odu ki, komanda superliqada keçirdiyi 10 oyunun cəmi 4-də qol vurduğu halda, 6-da meydanı qolsuz tərk edib. Digər problem “Beşiktaş”ın hesabda geriyə düşdüyü oyunlarda aciz təsir bağışlamasıdı. İstanbul nəhəngi Santuşla superliqadakı 10 oyundan 4 qələbə, 2 heç-heçə, 4 məğlubiyyətlə ayrılıb. Heç-heçələrin hər biri qolsuz başa çatan qarşılaşmalardı. Yerdə qalır 4 qələbə və 4 məğlubiyyət. Məhz bu məqamda çox qəribə bir mənzərə ortaya çıxır. “Beşiktaş” Santuşla hesabı açdığı 4 qarşılaşmanın hamısında qol buraxmadan qalib gəlibsə, digər tərəfdən hesabda geri düşdüyü 4 qarşılaşmanın hamısında qol vurmadan (!) məğlub olub. Başqa sözlə desək, “Beşiktaş” bu məşqçi ilə hesabı açırsa, deməli, 100 faiz qalib gəlir, ilk qolu buraxırsa, deməli, 100 faiz məğlub olur! Halbuki “Qartal” Santuşa qədər bu mövsüm superliqada ilk qolu buraxdığı 7 oyunun 6-da ən azı 1 qol vurmağı bacarmışdı. Komandanın Santuşla hesabda geri düşdükdən sonra vəziyyəti dəyişə bildiyi yeganə oyun kubokda səfərdə “Antalyaspor”a qarşı olub. Həmin görüşdə “Beşiktaş” fasiləyə geridə yollansa da, ikinci hissədə 2 qol vuraraq 2:1 qalib gəlmişdi. Yeri gəlmişkən, belə görünür, Santuşu bu vəzifədə yalnız ölkə kubokunun qazanılması saxlaya bilər. Türkiyə mətbuatının yazdığına inansaq, rəhbərlik məşqçiyə “vəzifəndə qalmaq istəyirsənsə, bizə kuboku gətir” şərtini irəli sürüb. 69 yaşlı məşqçinin dönəmində komandanın yeganə artan göstəricisi qapıya zərbələrlə bağlıdı. Özü də burda söhbət qeyri-dəqiq zərbələrdən gedir. Digər - məhsuldarlıq, qol gözləntisi, real qol vəziyyətləri, “çərçivə”yə zərbə, rəqibin cərimə meydançasında topla oynamaq, topa sahib olmaq, meydanın rəqibə aid hissəsində dəqiq ötürmə, hücum bölgəsində dəqiq ötürmə, irəlidə top qazanmaq kimi göstəricilərdə isə “Beşiktaş” Santuşla geriləyib. Bu məşqçinin heyət seçimi də yavaş-yavaş suallar doğurmağa başlayır. Əfv edilərək əsas komandaya qaytarılan Abubakar hələ də “Beşiktaş”ın bu mövsüm rəsmi oyunlarda ən məhsuldar futbolçusudu. Amma Santuşun dönəminə təcrübəli kamerunlu forvard bir dəfə də start heyətində meydana çıxmayıb. “Beşiktaş”ı bu həftəsonu evdə Sərgən Yalçının “Antalyaspor”u ilə oyun gözləyir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-12-2023, 16:0

Avropada ən güclü müdafiə ''Real''da imiş

Dünya futbolu

3-03-2024, 16:0

“Qalatasaray” “Tüpraş Stadionu” lənətinə son qoya biləcəkmi?

Dünya futbolu

8-03-2024, 22:0

“Beşiktaş”la Cenk Tosun anlaşa bilmir

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Bu gün, 22:56
    Milli komandanın kapitanı oldu
  • Bu gün, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 245
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 244
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 148
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə