“Football-plus.az” xəbər verir ki, təcrübəli mütəxəssis “qırmızı-qaralar”da uğursuğa düçar olduğuna görə baş məşqçi postundan istefa etmişdi. Ötən aydan bəri işsiz qalan çalışdırıcıya təklif varmı? Bu barədə məlumat almaq üçün Elmar Baxşıyevlə danışdıq:
“Hələ ki heç bir klubla danışıq aparılmayıb. Yəni nə ölkə daxilində, nə də xaricində heç kimlə görüş olmayıb”.
Qeyd edək ki, mütəxəssis fevralın 24-də istefa ərizəsini yazaraq baş məşqçi postunu tərk edib.
KAMAL SƏFƏR






