İtaliya çempionatında fevralın ən yaxşı məşqçisi müəyyənləşib.
Bu nominasiyada Tyaqo Motta qalib gəlib. Onun çalışdırdığı “Bolonya” ötən ay A seriyasında keçirdiyi 5 matçın hamısında qalib gəlmişdi. Komanda hazırda bu liqada 28 oyuna 51 xalla 4-cü yeri tutur.
Qeyd edək ki, Motta A seriyasında ilk dəfə fərdi mükafata layiq bilinib.