A seriyasında yanvarın ən yaxşı oyunçusu müəyyənləşib. Bu nominasiyanın qalibi Duşan Vlahoviç olub.
“Yuventus”un hücumçusu digər nominantları - Lautaro Martines (İnter), Alessandro Buoncorno (Torino), Albert Qudmundsson (Cenoa), Ruben Loftus Çik (Milan) və Şimon Juravskini (Empoli) arxada qoyaraq bu mövsüm ilk dəfə fərdi mükafata layiq bilinib.
Serb futbolçu ilin ilk ayında İtaliya çempionatında meydana çıxdığı 4 oyunda 6 qol vurmuşdu.