PSJ onun üçün 200 milyon avro təklif edəcək

12.03.2024 11:30 160
Dünya futbolu
PSJ-nin növbəti transfer hədəfi məlum olub.

Fransa klubu Lamin Yamalı sıralarına qatmağa hazırlaşır. “Marka” qəzetinin yazdığına görə, parislilər onun üçün “Barselona”ya 200 milyon avro təklif edəcəklər. Amma İspaniya nəhəngi yeniyetməyə görə alacağı istənilən təklifi geri çevirməyi düşünür.

Satmaq nədi, klubu 16 yaşlı Lamini uzun müddət sıralarında saxlamaqda qərarlıdı.