Klubu Keyni qorumağa çalışır

11.07.2023 20:15 216
Dünya futbolu
“Tottenhem” rəhbərliyi Harri Keyni komandada saxlamaqda qərarlıdı.


"Football-plus.az" xəbər verir ki, “The Telegraph” qəzetinin yazdığına görə, London klubu ingilis hücumçuya həftəlik 470 min avro qazanacağı yeni müqavilə təklif edəcək. “Tottenhem” rəhbərliyi “Bavariya”nın 29 yaşlı oyunçu üçün etdiyi iki təklifi mənfi cavablayıb.

Qeyd edək ki, Keynin klubu ilə müqaviləsinin müddəti 2023/24 mövsümünün sonunda başa çatacaq. O, ötən mövsüm  İngiltərə premyer-liqasında 38 matçda meydana çıxıb və 30 qol vurub.