“Milan” gənc oyunçusunu qorumağa çalışacaq

24.05.2022 20:52 493
Dünya futbolu
Yenicə İtaliya çempionu olan “Milan” əsas oyunçularını qorumaqda qərarlıdı.

"Football-plus.az" rəhbərlik Rafael Leaunu satmayacaq. 22 yaşlı hücumçunun agentinin “Mançester Siti”, “Liverpul” və PSJ-dən təklif aldığı məlum olub.

Buna baxmayaraq, İtaliya klubu portuqaliyalını satmaq fikrindən uzaqdı. Leaunun yeni müqaviləyə əsasən ilə 7 milyon avro maaş almaq istədiyi bildirilir. “Milan” rəhbərliyi onun tələbini 6 milyon avro məvacib və bonuslarla yerinə yetirməyi düşünür.