Maurisio Poçettinonun aqibətinə bu həftə rəsmən aydınlıq gələcək.
O, PSJ-nin baş məşqçi vəzifəsini tezliklə tərk edəcək. “Ekip” qəzetinin yaydığı xəbərə görə, argentinalı iyunun 23-də işdən rəsmən azad ediləcək. Tərəflər artıq bir neçə gündü əməkdalığın vaxtından əvvəl dayandırılmasına görə məşqçiyə çatacaq təzminatın məbləğini müzakirə edirlər. Paris klubunun çalışdırıcıya və onun köməkçilərinə təxminən 15 milyon avro ödəyəcəyi ehtimal olunur.
Artıq Poçettinonun xələfinin kimliyi məlumdu. O, klubdan rəsmən ayrıldıqdan sonra Kristof Qaltye baş məşqçi vəzifəsinə təyin olunacaq. Yerli mənbələr PSJ-nin ona görə “Nitsa”ya təxminən 10 milyon avro təzminat ödəyəcəyini qeyd edir. 55 yaşlı mütəxəssisin komandaya iyulun 4-də yeni mövsümə hazırlıq prosesi başlayandan sonra rəhbərlik edəcəyi gözlənilir.